Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA

Avtomobil istehsalçısı “Ford” süni intellekt texnologiyalarının təcrübəli mühəndisləri tam əvəz edə biləcəyi ilə bağlı yanaşmasının gözlənilən nəticəni vermədiyini etiraf edib.
Avtosfer.az xəbər verir ki, şirkət son illərdə işdən ayrılan və ya təqaüdə çıxan yüzlərlə mühəndisi yenidən işə qaytarmaq qərarına gəlib.
Avtomobillərin hazırlanması prosesini təkmilləşdirmək və son dövrlərdə yaranan keyfiyyət problemlərini aradan qaldırmaq məqsədilə son üç il ərzində təqaüdə çıxmış və ya şirkətdən ayrılmış təxminən 350 baş mühəndis yenidən işə götürülüb.
“Ford”un Nəqliyyat Vasitələri Mühəndisliyi üzrə vitse-prezidenti Çarlz Pun bildirib ki, şirkət uzun illər ərzində formalaşmış insan təcrübəsinin əhəmiyyətini lazımınca qiymətləndirməyib. Onun sözlərinə görə, süni intellekt yalnız ona təqdim olunan məlumatlar çərçivəsində işləyir və real mühəndis təcrübəsini tam əvəz edə bilmir.
"Yüksək keyfiyyətli məhsul əldə etmək üçün sadəcə süni intellektdən istifadə etməyin və dizayn tələblərini sistemə daxil etməyin kifayət edəcəyini düşünürdük. Bu yanaşmanın düzgün olmadığını gördük", – deyə vitse-prezident qeyd edib.
Şirkətin yenidən işə cəlb etdiyi təcrübəli mühəndislər istehsal prosesindən əvvəl mümkün qüsurların aşkarlanması, hissələrin montaj xəttinə çatmamış potensial nasazlıqların müəyyən edilməsi və süni intellekt əsaslı diaqnostika sistemlərinin təkmilləşdirilməsi üzərində işləyirlər.
“Ford”un insan təcrübəsinə yenidən üstünlük verməsi artıq öz nəticəsini göstərməyə başlayıb. Şirkət avtomobil sənayesində keyfiyyət göstəricilərinin qiymətləndirildiyi nüfuzlu sorğularda mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Belə ki, yeni avtomobillərin istifadəsinin ilk üç ayını qiymətləndirən JD Power keyfiyyət araşdırmasında ötən il sənaye üzrə ilk onluqda qərarlaşan “Ford” bu il daha yüksək nəticə əldə edib. Şirkət bu uğurun əsas səbəblərindən biri kimi yenidən işə qaytarılan təcrübəli mühəndislərin bilik və praktiki təcrübəsini göstərib.
Eltac Zülfüqaroğlu
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












