Süni intellektin inkişafı insanların iş yerlərini itirməsinə səbəb ola bilər? – Ekspert RƏYİ

Süni intellekt (AI) texnologiyalarının sürətli inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Artıq bir çox şirkət gündəlik iş proseslərində avtomatlaşdırılmış sistemlərdən istifadə edir və bu da bəzi peşələrin gələcəyi ilə bağlı suallar yaradır.
Bu mövzuyla bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, dünyada ən çox müzakirə olunan məsələlərdən biri də süni intellektin həyatımıza daxil olması və iş yerlərinə təsiridir.

“Bəziləri düşünür ki, bu proses iş yerlərinin azalmasına səbəb olacaq. Amma dünya tarixində bu, ilk belə hal deyil. Məsələn, sənaye inqilabı dövründə və buxar maşınları icad olunanda insanlar hesab edirdilər ki, fəhlələrə ehtiyac qalmayacaq və hər şeyi maşınlar idarə edəcək. Hətta bunun böyük fəlakətlə nəticələnəcəyini düşünürdülər. Lakin belə olmadı, zamanla tarazlıq yarandı. Daha sonra, ötən əsrin 50–60-cı illərindən etibarən robotlaşma sənayeyə daxil oldu. Elə müəssisələr var idi ki, böyük istehsal proseslərini cəmi iki operator idarə edirdi. O dövrdə də ciddi narahatlıqlar vardı ki, insanlar işsiz qalacaq. Amma bu qorxular tam şəkildə özünü doğrultmadı. Bu gün də eyni müzakirələr süni intellektlə bağlı aparılır. Süni intellekt bəzi iş yerlərinin azalmasına səbəb ola bilər, lakin eyni zamanda yeni peşələrin və yeni iş imkanlarının yaranmasına da gətirib çıxarır. Ona görə də bundan qorxmaq əvəzinə, bu prosesi anlamaq, idarə etməyi və ondan düzgün istifadə etməyi öyrənmək daha vacibdir".
Fatimə Dadaşova
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












