Süni intellektlə hazırlanan materialların paylaşılmasına nəzarət gücləndirilir – YENİ QANUN

Azərbaycanda süni intellekt texnologiyalarından istifadə edilərək hazırlanan foto, video və audio materialların yayılması ilə bağlı yeni tələblər müəyyənləşdirilib. Qanunvericiliyə əsasən, bu cür materialların xüsusi nişanlanma olmadan paylaşılması inzibati məsuliyyət yaradacaq.
Avtosfer.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunub. Ötən gün ölkə başçısı Prezident İlham Əliyev dəyişikliklə bağlı Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Yeni qaydalar süni intellekt vasitəsilə hazırlanmış materialların ictimaiyyətə təqdim edilməsi zamanı şəffaflığın təmin olunmasına xidmət edir.
Yeni əlavə olunan maddədə deyilir:
“Maddə 388-3. Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materialların müvafiq nişanlanma olmadan yayılması
Foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma olmadan mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə müəyyən edilir.Bu maddədə “nişanlanma” dedikdə, foto, video və ya audio materialların hazırlandığı süni intellekt texnologiyalarının avtomatik verdiyi, habelə həmin materiallara əlavə edilən vizual, səsli və ya mətn əsaslı işarələnmə başa düşülür”.
Məsələ ilə bağlı hüquqşünas Anar Qasımlı Avtosfer.az-a bildirib ki, əgər başqasının foto və videosunu onun xəbəri olmadan yayan şəxsin kimliyi bəllidirsə, o halda həmin şəxsi cərimə edəcəklər.
“Burada əsas fərq odur ki, mən bunu yaymazdan əvvəl bilməliyəm ki, bu, süni intellekt vasitəsilə hazırlanıb. Yaxud da açıq-aşkar görünür ki, bu, süni intellekt məhsuludur. Amma paylaşsam da, dərhal məsuliyyət yaranmır.
Açıq şəkildə paylaşa bilərəm, yaxud anonim formada paylaşaram. Hazırda da şikayət edən şəxslər müraciət edirlər ki, mənim süni intellektlə hazırlanmış foto və videolarımı anonim şəkildə paylaşırlar.
Bunu tapmaq isə texniki məsələlərlə bağlıdır. Hansı IP ünvanından daxil olunub və digər texniki vasitələrlə müəyyənləşdirilir. Bu mexanizmi isə polis həyata keçirəcək.
Eltac Zülfüqaroğlu
Bu küçədə yaşıllıq görməni məhdudlaşdırır - Sürücülər qəza riski ilə üzləşir - VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
“BlackBerry”nin avtomobillər üçün yeni texnologiyası GÜNDƏM OLDU - FOTO
Bu şəxslərə hər ay 1500 manat veriləcək – ADLAR
Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? - AÇIQLAMA
Yaşlı əhalinin sosial təminatı sahəsində hansı problemlər var? – SOSİOLOQ AÇIQLADI
“Qurtuluş 93”ün yamaqlı yolları sürücüləri təngə gətirib – Yığılan pullar hara sərf olunur? - VİDEO
“AccessBank” müştərilərini saxta faiz başlıqları ilə aldadır? - İDDİA
Zelenskinin Qafqaza səfəri Rusiyanı niyə narahat edir? - POLİTOLOQ
Bakının bu küçəsi bağlı olacaq - Sürücülərin nəzərinə! - FOTO
Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır








