Sürücü yolun girişini bağladı: insanlar evlərinə gedə bilmədi - FOTOFAKT

Bünyad Sərdarov küçəsi ilə Şeyx Şamil küçəsinin kəsişməsində avtomobilini saxlayan sürücü sakinlərin qəzəbinə səbəb olub. Avtosfer.az xəbər verir ki, azxeber.com-a hadisə şahidlərinin verdiyi məlumata görə, 90 –TE – 155 dövlət nömrə nişanlı Hundai “SantaFe” markalı avtomobil Bünyad Sərdarov küçəsi ilə Şeyx Şamil küçəsinin kəsişməsindəki yoldan istifadə etmək istəyən sürücülərə maneə olub. Belə ki, yolun giriş hissəsində avtomobili saxlayan sürücü bu yoldan istifadə etmək istəyən digər sürücülərə çətin anlar yaşadıb. Sözügedən küçədə yanğın və ya hansısa başqa fövqalədə halın baş verməsi zamanı baş verəcək nəticələri isə oxucularımız fotolara baxandan sonra daha yaxşı anlayacaq.
Qeyd edək ki, bir neçə ay bundan öncə «dayanma» və «durma» qaydalarının tənzimlənməsi DYP-nin əlindən alınaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) səlahiyyətlərinə verilmişdi. Ümumilikdə isə nəqliyyat vasitələrinin dayanma və durma qaydaları “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin I hissəsi nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmalı (durmalı) olduğunu təsbit edir.

Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












