Sürücü yükü olan sərnişini maşına mindirmədi, sürüb getdi - “Bolt” şirkətindən AÇIQLAMA - VİDEO

Bu gün səhər saatlarında sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, paylaşılan görüntülərdə bir qadın “Bolt” tətbiqi vasitəsilə sifariş etdiyi taksi sürücüsünün onu qəbul etməməsindən şikayətlənir.
Qadının sözlərinə görə, o, uşaq arabası, bir neçə şəxsi əşya və balaca qəfəsdə saxlanılan quşla birlikdə taksiyə minmək istəyib. Lakin sifarişə gələn “Chevrolet” markalı böyük avtomobilin sürücüsü vəziyyəti görən kimi qadını aparmaqdan imtina edib.
Sərnişin video çəkərək bu halı ictimailəşdirib və bildirib ki, sürücü heç bir əsaslı səbəb olmadan onu və uşağını soyuq havada avtomobilinə qəbul etməyib. Hazırda məsələ sosial şəbəkələrdə geniş müzakirə olunur.
Məsələ ilə bağlı “Bolt” şirkətinin mətbuat katibi Nigar Kazımova saytımıza açıqlamasında bildirib ki, sürücülər tərəfindən səfərin ləğvi, iki ünvana gedişdən imtina, kartla ödənişin qəbul edilməməsi, təyinat nöqtəsinə çatmadan səfərin yekunlaşdırılması və ya kobud davranış hallarında sərnişinlərdən tətbiq vasitəsilə şikayət forması doldurmaları xahiş olunur. Şikayət əsasında araşdırma aparılır və əgər faktlar təsdiqlənərsə, sürücülərə qarşı “Bolt” tətbiqi vasitəsilə xidmət göstərməyə dair məhdudiyyətlər tətbiq olunur.
“Bolt tətbiqində baqaj daşınması ilə bağlı qaydalar:
Ölçü və uyğunluq: Baqaj avtomobilin baqaj yerinə və ya salonuna rahat şəkildə yerləşməlidir.
Böyük ölçülü əşyalar: Belə hallarda sifarişdən dərhal sonra sürücü ilə əlaqə saxlayaraq razılıq alınmalıdır. “Bolt” bu cür yüklər üçün ayrıca xidmət təqdim etmir və sürücü sifarişi ləğv edə bilər.
Təmizlik və zərər: Salonun ləkələnməsi və ya zədələnməsi yolverilməzdir. Bu halda məsuliyyət tam olaraq sərnişinə aiddir.
Sürücü Dəstəyi: Sürücülər baqajın yüklənməsi və boşaldılmasında kömək etməyə təşviq olunurlar, lakin əşyaların keçidi bağlamamasına diqqət yetirilməlidir.
Daha çox baqaj xidməti: Çoxlu və ya iri ölçülü baqajla səyahət etdikdə, “XL” kateqoriyalı avtomobil seçmək tövsiyə olunur.
Sürücülərə sərnişinlərlə nəzakətli rəftarla bağlı mütəmadi kommunikasiya aparılır. Səfərin yolun ortasında səbəbsiz dayandırılması yolverilməzdir və belə hallarda sərnişinlərin mütləq tətbiq vasitəsilə dəstək xidmətinə müraciət etmələri xahiş olunur”.
Fidan
Jurnalist-ekspert SSRİ bayrağı ilə yürüşə görə həbs edildi - FOTO
On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb
Paşinyan yenidən Ermənistanın baş naziri oldu - YENİLƏNİB - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Gedişhaqqı artırılır? – YENİ QƏRAR QƏBUL EDİLDİ
Bakıda binanın altından metroya keçid inşa edilir? - VİDEO
Notarius məhkəmə zalında QANDALLANDI
Xəzərin dibindən kommunikasiya və nəqliyyat xətləri çəkiləcək - POLİTOLOQ
Bu yollar 2 gün bağlı olacaq
Martin Ryan işi: Fransanın gizli hədəfində hansı dövlətlər olub?
Bir həftədə Azərbaycanda yüz minlərlə manatlıq ziyan qeydə alındı - RƏSMİ










