Sürücülərin nəzərinə: yanacaqdoldurma məntəqələrində diqqətli olun! - VİDEO

Hər bir avtomobilin yanacaq çəninin tutumumunun bir ölçü standartı var. Həmin çənə zavod istehsalı ilə müəəynləşdirilən normadan artıq yanacağın vurulması mümkün deyil. Bakıda isə yanacaqdoldurma məntəqələrinin birində avtomobilinçəninə zavod tutumundan 10 litrə çox yanacaq əlavə edilib. Məntəqədən vətəndaşa deyirlər ki, bu avtomobilin köhnə olması ilə bağlıdır və çənin həcmi genişlənib. Ustalar isə bunun qeyri mümkün olduğunu deyirlər. Avtomobilin yanacaq çəninə tutumundan da artıq dizel yanacağı vurulub. Paytaxt sakini Səbuhi Hüseynov bir gün əvvəl yanacaqdoludurma məntəqələrinin birindən avtomobili üçün yanacaq alıb. O iddia edir ki, Yanacaq vuran cihazın sayğacına baxdıqda benzin çəninə tutumundan artıq yanacağın vurulduğunun şahid olub. Səbuhi Hüseynov deyir ki, 65 litr tutumu olan çənin içində 8 litr yanacaq var imiş. Üzərinə 66 litr 600 qram da yanacağın əlavə edilməsi ona heç də inandırıcı gəlməyib. Bununla bağlı iradını nəzarətçiyə bildirdikdə isə onabeləaçıqlama veriblər. Məsələylə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, yanacaq doldurma məntəqəsindən heçbir açıqlama vermədilər. Avtomobil ustası Pərviz İsmayılov isə deyir ki, bu avtomobillərdə yanacaq çəninin həcmi standart olur və qarşı tərəfin iddia etdiyi kimi onun həcminin artmasından söhbət gedə bilməz. Usta onu da bildirdi ki, son zamanlar ona belə halla qarşılaşan çox sürücü müraciət edir. Zərəçəkən Səbuhi Hüseynov isə məsələylə bağlı aidiyyatı qurumlara şikayət etməyi düşünür.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












