"Sürücülük vəsiqələrinin 16 yaşdan etibarən verilməsi məsələsinə baxıla bilər" - AÇIQLAMA

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur. Bu, "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, ola bilər ki, Azərbaycanda gənclərimizin, xüsusən də moped idarə edən vətəndaşların tez-tez qəzaya düşməsi bu qaydaların dəyişdirilməsinə səbəb olub və bu addımı labüd edib:

"Eyni zamanda, həmin qəzalar zamanı baş verən ağır xəsarətlər və ölüm hallarının da yeni qərarın qəbuluna təkan verdiyi ehtimal olunur. Hesab edirəm ki, mühərrik həcmi 50 kub santimetrdən az olan mopedlər elə bir nəqliyyat vasitəsidir ki, onların idarə olunması üçün sürücülük vəsiqəsi tələb edilməyə də bilərdi. Çünki bu nəqliyyat vasitələrinin idarə olunması üçün müəyyən yaş həddi artıq mövcuddur, 16 yaşdan yuxarı şəxslərə moped sürməyə icazə verilir. Əgər bu qərar qüvvədə qalacaqsa, o zaman gələcəkdə sürücülük vəsiqələrinin verilməsi ilə bağlı qaydalarda da dəyişikliklərin edilməsi gündəmə gələ bilər. Məsələn, bu halda avtomobil idarə etmək üçün sürücülük vəsiqələrinin 16 yaşdan etibarən verilməsi məsələsinə baxıla bilər. Yəni bir qayda dəyişirsə, digər qaydalarda da uyğunlaşdırma və yeniliklərin edilməsi yaxın gələcəkdə mümkün görünür".
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO












