Sürücünü yumruqlayan qadın polisə verildi - VİDEO

79 nömrəli marşrut xətti üzrə avtobus sürücüsünə qarşı edilən qeyri-etik davranışa görə daşıyıcı Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyinin (BNA) Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib. M.Ağayevin sözlərinə görə, sürücülərə qarşı belə hallara yol verilməsi doğru deyil: “Avtobusların təyin edilən sürət həddinə uyğun idarə edilməsi, dayanacaqdan kənar saxlama hallarına yol verilməməsi ilə bağlı tapşırıqlar maksimum dərəcədə əməl edilir. BakıNəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində xüsusi kurslardan keçən sürücülərə qarşı bəzi sərnişinlər tərəfindən belə hallara yol verilməsi doğru deyil. Sürücü vəzifə öhdəliyini yerinə yetirib. Sərnişinin bu cür hərəkəti qəbuledilməzdir və ümid edirik ki, daşıyıcının müraciəti əsasında müvafiq qurumlar tərəfindən tədbir görülməsi təmin ediləcək”.
Qeyd edək ki, bu gün səhər saatlarında Tbilisi prospekti ilə hərəkət edən 79 saylı marşrut avtobusunda iki sərnişin işıqforun qırmızı işığında dayanan sürücüdən sürməyini tələb edib. Yaşıl işığın yanmasını gözlədiyini deyən və qadının tələbi ilə razılaşmayan sürücü həmin sərnişin tərəfindən təhqirə məruz qalıb. Qadın sərnişin sürücünü yumruqla vurub. Mübahisə marşrutun son dayanacağında davam etdirilib.
Avtobusun məxsus olduğu “Xaliq Faiqoğlu” şirkəti hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcəyini açıqlamışdı.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












