“Sürücünün arvadı da qəzada ölüb...” - İcra başçısı

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Şəhriyar kəndində 6 nəfərin ölümünə səbəb olan qəzaya münasibət bildirib. Avtosfer.az xəbər verir ki, başçı “Bizim Yol”a açıqlamasında hadisəni törədən şəxsin məsuliyyətə cəlb olunduğunu qeyd edib: “Hadisənin səbəbi bəllidir. Bunlar öz torpaqlarını becərmək üçün torpaq sahələrinə gedirmişlər. Bir ailənin üzvləridir. Traktorun lapedində gediblər. Kanalın qırağında lapedin şkulkası çıxıb, aşıb çaya, bu adamlar da kanalın içində lapedin altında qalıblar boğulublar. Laped bunların üstünə aşıb. Hadisə törədən İmanov Əjdər Xudaverdi oğlu rəhmətə gedən İmanova Məlahətin həyal yoldaşıdır. Biri də qaynı arvadı. O birilər bunun qızıdı.”
“Yəni hadisə qəfildən baş verib. Sürücünün ailəsidir. Hazırda araşdırma gedir. Həmi vaxtı İmanov Əjdərin oğlu, İmanov Xalid də hadisə yerində olub, amma sürən Əjdər olub. Araşdırılacaq və günahkar kimdirsə cəzalarını alacaqlar. Mən də hazırda burda, hüzür yerindəyəm. Dəfn mərasiminin bütün xərclərini İcra hakimiyyəti qarşılayacaq.” – Deyə rayon icra başçısı Nazim İsmayılov bildirib.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












