Sürücüyə qarşı 50 min manatlıq iddia - "Kubik"lər "Mercedes"in üstünə tökülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mirislam Yaqubovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisinin nümayəndəsi tərəfindən ümumilikdə 50 min manatlıq mülki iddia qaldırdığı elan olunub. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
M.Yaqubov elan olunan ittiham üzrə özünü təqsirli bildiyini deyib. O sərbəst ifadəsində söyləyib ki, hadisə səhərə yaxın baş verib, hava dumanlı olub: "Yüklü "KamAz"la gedirdim. Hava dumanlı idi. "Mercedes" isə yolun kənarında, döngədə dayanmışdı. Orada üç nəfər var idi. "KamAz"ı düz sürsəydim hər üçü də ölə bilərdi. Maşını kənara çəkəndə aşdı, içərisindəki "kubik"lər "Mercedes"in üstünə töküldü".
Məhkəmənin baxış iclası aprelin 6-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində baş verib. Saray qəsəbə sakini M.Yaqubov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında dayanmış Masazır qəsəbə sakini Samiq Mehrəliyevə məxsus “Mercedes” markalı avtomobilin sərnişini, Astara rayon sakini Səid Salmanovu vurub. Nəticədə “KamAZ” markalı avtomobil aşıb və yük yerində olan mişar daşlarının bir hissəsi “Mercedes” markalı avtomobilin üzərinə dağılıb. Nəticədə xəstəxanaya yerləşdirilən S.Salmanov orada ölüb.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA













