Sürüşmə prosesi yenidən aktivləşib, uçqun baş verib - Bakı-Ağsu yolunda

Şamaxı şəhərində, 48-ci A məhəlləsindəki sürüşmə sahəsində torpaq qatı üzərində qeydə alınmış çatların ölçüləri böyüyüb, sürüşmə prosesi aktivləşib. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ə.Qaralovun sözlərinə görə, may ayı ərzində Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-lərində sürüşmə prosesinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Yolun sol yamac hissəsində çatların və qırılma qaşının parametrləri böyüyüb.
Şamaxının Çabanı, Dədəgünəş sürüşmə sahələrində aktivlik, Muğanlı sürüşmə sahəsində çatların qismən genişlənməsi müşahidə edilib.
Ekspedisiya rəisi bildirib ki, Bakı-Ağsu magistral yolunun 132-156-cı km-lərində sürüşmə prosesi aktivləşib, lokal sahələrdə uçqun qeydə alınıb. Şamaxı-Qaleybuğurd-Keçməddin yolunun 24-25-ci km-lərində ötən aylar ərzində Ağsuçayda baş vermiş sel nəticəsində Keçməddin kəndinə giriş yolunun 35-40 metr hissəsi tamamilə sıradan çıxıb.
Ə.Qaralov onu da qeyd edib ki, Suraxanı rayonu, Zığ 1 sürüşmə sahəsində lokal və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə edilib. Abşeron rayonunda “Zəli gölü” adlanan ərazidə uçqun prosesinin dinamikasında və Nübar qəsəbəsindəki sürüşmə-çökmə sahəsində nisbi aktivlik qeydə alınıb.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










