Sürüşmə zonalarında aktivlik yaranıb – FOTO

Son zamanlar respublika ərazisinə yağan yağışlar nəticəsində sürüşmə zonalarında aktivlik müşahidə edilib. Bunu Oxu.az-a açıqlamasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Onun sözlərinə görə, Bakı-Şamaxı avtomobil yolunun 106-cı kilometrliyi köhnə sürüşmə ərazisidir: “Ərazidə yenidən aktivlik müşahidə edilir. Şamaxı şəhərinin girişində 48-A məhəlləsində, Olimpiya Komleksi ilə üzbəüz küçədə də aktivlik var. Şəhidlər abidə kompleksinin səkilərində də çatlar əmələ gəlib”.
Nazirlik rəsmisi bildirib ki, İsmayıllı rayonunun Muğanlı kəndində sürüşmə prosesi gedir: “Sürüşmə sahələrində aktivləşmə baş verə bilər. Tircan kəndində sürüşmə sahəsində aktivlik yaranıb. Lahıc kəndindən yeddi kilometr yuxarıda yerləşən Cülyan kəndində isə sürüşmə zonası yaranıb.
Hazırda nazirlik əməkdaşları respublika üzrə müxtəlif rayonlarda sürüşmə aktivliyi müşahidə edilən ərazilərdə araşdırma aparırlar. Cənub, qərb, şimal bölgəsində sürüşmə zonaları var”.
Əziz Qaralov qeyd edib ki, ölkə ərazisində yağan yağışlar sürüşmə zonalarında aktivləşməyə səbəb olur:
“Zığda, Abşeron rayonu - Masazır qəsəbəsində “Zəli gölü” adlanan ərazidə və Nübar qəsəbəsi sürüşmə sahəsində aktivliyin olması gözlənir”.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












