Sürüşməyə görə avtobusların sayının azaldılması narazılığa səbəb olub – VİDEO

Sürüşmənin yaratdığı əsas problemlərdən biri də Badamdar şosesindən 20-ci sahə və Bayıl istiqamətinə hərəkət edən marşrutların fəaliyyətini dayandırmasıdır. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, nəticədə sakinlər 20-ci sahədən Badamdara qədər olan məsafəni ayaqla qət etməli olurlar. 53 və 205 nömrəli marşrutların hərəkət istiqaməti dəyişdirildiyi üçün Badamdar qəsəbəsinin mərkəzindəki marşrut dayanacaqlarında səhər və axşam saatlarında güclü sərnişin sıxlığı müşahidə olunur. Sakinlərin əsas istəyi isə qəsəbəyə əlavə marşrut xəttinin çəkilməsi və ya 29 və 31 nömrəli marşrutların sayının artırılmasıdır. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. Qurum rəsmisi bildirib ki, bu gündən etibarən 29 və 205 nömrəli avtobusların sayı artırılacaq. Bizə isə qalır məsələnin tezliklə həll ediləcəyini gözləmək.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












