Svetoforun saniyəölçəninə aldanan sürücülər cərimələnir - XƏBƏRDARLIQ

Paytaxt yollarında sürücülərin ən çox yol verdiyi və bəzən "adi hal" kimi baxdığı qayda pozuntularından biri svetoforun saniyəölçəni sıfıra yaxınlaşarkən dayanması və yaşıl işıq yanmadan hərəkətə başlayan sürücülərin cərimə riski ilə üz-üzə qalmasıdır.
Belə olan halda sürücülərə yazılan cərimə nə dərəcədə düzgüngür?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Redaktor.az"a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bəzi sürücülər bu cür səhvlərə tez-tez yol verirlər:
"Amma biz dəfələrlə bununla bağlı açıqlama və izah vermişik ki, sürücü svetoforda o saniyələrə yox, əsas və əlavə bölmələrin siqnallarına diqqət etməlidir. Yəni o saniyələr sürücüyə sadəcə informasiya verir ki, neçə saniyə qalıb və ya nə baş verəcək. Amma indi bəzən görürsünüz ki, yollarda hərəkətin təşkili ilə bağlı müəyyən dəyişikliklər olur, hansısa istiqamətə daha çox üstünlük verilir. Bu halda svetafor həmin istiqamətə daha çox avtomobil buraxmalıdır. Ona görə də həmin rəqəmin orada heç bir əhəmiyyəti qalmır. Bu cür problemlər yaşanmaması üçün biz sürücülərə həmişə tövsiyə edirik ki, mütləq svetoforun əsas bölməsinin göstəricilərinə əməl etsinlər, ona diqqət yetirsinlər və saniyə saymasınlar".

Müsahibimizin sözlərinə görə, məhz bunun nəticəsində, hər il xeyli sayda sürücü cərimələnir və sonra deyir ki, rəqəmlər məni aldatdı:
"Əslində isə belə olmasa, daha yaxşı olar, yəni sürücü üçün aydın təsəvvür formalaşsın. İndi bir qisim insan deyir ki, bu rəqəmli göstəricilər yaxşıdır, bir qisim isə deyir ki, yox, mən aldandım, mənə ziyan oldu və sair və ilaxır, pis şeydir. Ona görə də burada yaxşı və pisi ayırd etməyi bir kənara qoysaq, sürücü özü başa düşməlidir ki, əsas məsələ svetoforun əsas bölməsinin göstəricilərinə uyğun davranmaqdır. Bəzi insanlar svetoforda sanki tikan üstündə otururlar. Elə bil gözləyirlər ki, tez nəsə dəyişsin, nəsə qaralsın, qızarsın, göyərsin və dərhal hərəkətə başlasınlar. Bu isə olmaz. Bu, çox kobud qayda pozuntusudur və 100 manat cərimə, 3 cərimə balı ilə nəticələnir".
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












