Taksi sürücüləri kartla sifarişləri niyə ləğv edir? – “Bolt” və “Yango”dan açıqlama

Son zamanlar taksi sürücülərinin kartla sifarişləri ləğv etməsi yenidən gündəmdədir. Sərnişinlər mövcud vəziyyətdən narazılıqlarını bildirərək sosial şəbəkə platformalarında paylaşım edirlər. Sifariş zamanı kart və ya nağd ödəniş seçimi olduğu halda, sərnişinlərin bu imkanlardan süni şəkildə məhrum edilməsi haqlı narazılıq doğurur.
Bəs, bu hallar niyə baş verir və sürücülər kartla sifarişləri qəbul etmədikdə sərnişinlər hansı addımları atmalıdırlar?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı News24.az taksi şirkətlərinə sorğu ünvanlayıb.
“Bolt” şirkətindən sorğumuza verilən cavabda bildirilib ki, tətbiq vasitəsilə sifariş olunan səfərlərin ödənişi həm kart, həm də nağd şəkildə həyata keçirilə bilər:
“Sürücünün səfəri yalnız kart ödənişinə görə ləğv etməsi yolverilməzdir. Belə hallarda sərnişinlərdən tətbiq üzərindən şikayət etmələri xahiş olunur. Dəstək xidməti məsələni araşdırır və təsdiqləndiyi halda, sürücü ilə əlaqə saxlanılaraq lazımi tədbirlər görülür.”
Şirkət əlavə edib ki, Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən tərəfdaş sürücülər üçün “Erkən Nağdlaşdırma” funksiyası aktiv edilib:
“Bu funksiya sayəsində sürücülərin qazandıqları vəsaiti həftəlik ödənişi gözləmədən, gündəlik olaraq bank kartları vasitəsilə nağd şəkildə əldə etmələri mümkün olub. Belə ki, iyul ayından etibarən sürücülər qazandıqları vəsaitdən gündəlik minimum 1,6 AZN, maksimum isə 500 AZN məbləği nağdlaşdıra bilərlər. Beləliklə, kartla ödənilən məbləği də sürücü gündəlik öz hesabına çıxara bilir. Hazırda sürücülərin kart sifarişlərini rədd etmək üçün heç bir əsaslı səbəb yoxdur.”
“Yango” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Rüstəm Əzimov isə bildirib ki, xidmətin keyfiyyətinə ciddi nəzarət olunur:
“Sürücülərin kartla sifarişləri qəbul etməməsi qaydalara ziddir. Belə hallarda sərnişinlərə birbaşa tətbiq vasitəsilə dəstək xidmətinə müraciət etməyi tövsiyə edirik. Bizim üçün hər bir sərnişinin səfərini rahat şəkildə, istədiyi üsulla ödəyə bilməsi vacibdir”.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ












