Taksi sürücüləri müştəri üstündə davaya çıxdılar - VİDEO

Qaradağ rayonu ərazisində taksi sürücləri müştəri üstündə sözün əsl mənasında mübarizə aparırlar. Onlar qeyd olunan ərazidə yer bölgüsü ediblər. Avtosfer.az xəbər verir ki, sürücülərdən biri digərinə ''bura mənim ərazimdir, sən buradan müştəri götürə bilməzsən'' - deyir və maşının qarşısını kəsir. Müştəri üstündə taksi sürücüləri arasında yaranan mübahisə az qala ölümlə nəticələnəcəkdi. Sürücülərdən biri digərinə söyüş söydüyündən mübahisə daha da böyüyür. Daha sonra isə həmin sürücü digər sürücünün maşının qarşısına uzanaraq onun hərəkətinə icazə vermir. Avtomobildə olan sürücü ərazidən tezliklə uzaqlaşmağa çalışsa da bu mümkün olmur. Sürücülər arasında yaşanan bu ölüm-dirim mübarizəsi Qaradağ rayonu, Lökbatan qəsəbəsində, lökbatan dairəsi kimi tanınan ərazidə çəkilərək vatsap nömrəmizə göndərilib. Məlumata görə, mübahisəyə "Mersedes" markalı avtomobilin sürücüsünün lökbatan dairəsindən şəhər istiqamətində gələn sərnişinləri götürməsi səbəb olub. Orada dayanan taksi sürücülərindən biri buna maneə olmağa çalışıb. Bildirib ki, həmin dairədən şəhər istiqamətində gələn müştəriləri ancaq orada daimi dayanan taksi sürücüləri götürə bilər. "Mersedes"in sürücüsü buna məhəl qoymadığından mübahisə yaranıb. Digər sürücü isə özünü maşının altına atıb və onun hərəkətinə maneə olub. Yol hərəkəti üzrə ekspert Azər Allahverənov bildirir ki, taksi sürücüsünün özünü maşının qarşısına atması və nəqliyyatın hərəkətinə maneə olması yol verilməzdir. Üstəlik həmin taksi sürücüsü ''bura mənim ərazimdir, buradan heç kim sərnişin götürə bilməz'' ifadəsini də işlədə bilməz. Ekspertin fikrincə aidiyyatı qrumlar bu məsələni araşdırmalı və həmin şəxsi inzibat məsuliyyətə cəlb etməlidir. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, sürücülərin bu hərəkəti yaxşı hal hesab edilmir və cəmiyət arasında belə hərəkətlərin baş verməsi milli mentalitetimizə ziddir. İstənilən halda onların bu kobud hərəkəti polis tərəfindən araşdırılacaq və müvafiq tədbirlər görüləcək.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










