Taksi sürücüləri tətil edirlər

Taksi sürücülərinin tətili İspaniyanın bütün şəhərlərində nəqliyyatın hərəkətini iflic edib. Artıq digər böyük şəhərlər də Barselona və Madriddə başlayan tətilə qoşulublar.
Avtosfer.Az AZƏRTAC-a istinadən bildirir ki, İnkişaf Nazirliyinin əməkdaşları ilə görüşən tətilçilər yeni lisenziyaların ləğv edilməsi, bu səlahiyyətlərin muxtar vilayətlərə verilməsi, "Uber" və "Cabify" şirkətlərinin xidmətlərini qeydə alan və onlara nəzarət edən internet portalının yaradılması tələblərini irəli sürüblər.
Tətilin başa çatması taksi sürücüləri və İnfrastruktur, Nəqliyyat və Mənzil üzrə Dövlət Katibliyi arasında Madriddə keçirilən görüşdə əldə olunacaq razılaşmadan asılıdır. Hazırda İspaniyanın iri şəhərlərində nəqliyyatın hərəkəti dayandırılıb və bunun hadisələrin başlanğıcı ola biləcəyi də istisna edilmir.
Bundan başqa, tətilin siyasi təsiri də hiss olunur. Belə ki, iki siyasi partiyanın nümayəndələri inkişaf naziri Xose Luis Abalosun parlamentə gəlib izahat verməsini tələb ediblər.
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












