Taksi sürücülərinin qənimləri ifşa edildi - VİDEO

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslər tutulub. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib. Sürücü Teymur Müseyibli polisə məlumat verərək bildirib ki, mayın 14-də idarə etdiyi avtomobillə Hövsan qəsəbəsinə apardığı iki nəfər müştəri ona qarşı zor tətbiq edərək 150 manat pulunu və bir ədəd telefonunu əlindən alıblar.
Polis əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunan Akif Cavadov və Vasib Rzayevi saxlayıb. Onlar ifadələrində törətdikləri əməli etiraf ediblər.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri mobil telefonu Hövsan qəsəbəsində Mirzə adlı şəxsə narkotik maddə olan heroin müqabilində satıblar. Polis növbəti əməliyyat zamanı Hövsan qəsəbə sakini Mirzə Mirzəyev də saxlayıb. Onun yaşadığı evə baxış zamanı əlavə olaraq satış üçün nəzərdə tutulan 171 qramdan çox heroin və 24 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












