Taksi sürücüsü pulu qaytarmaq üçün 8 saat binanın qarşısında gözlədi

Moskvada qırğızıstanlı taksi sürücüsü sərnişinin avtomobildə yaddan çıxardığı pul kisəsini qaytarmaq üçün 8 saat binanın qarşısında gözləyib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə özünün “Facebook” səhifəsində xanım sərnişinin özü yazıb. Varya Bortsova səhər saat 5-də Moskvaya gəlib və evinə qədər taksi sifariş edib. Növbəti gün günorta saat 1-də yuxudan ayılanda, pul, sənədlər və bank kartları ilə birlikdə kisəsini taksidə yaddan çıxardığını aşkar edib.O, dəstək xidməti vasitəsi ilə sürücünü tapmağa cəhd etsə də, cəhd uğurusuz olub. Onun atası pəncərədən həyətə baxanda isə blokun qarşısında helə taksi sürücüsünü görüb. Taksi sürücüsü maşında pul kisəsini tapanda taksi parkının zəng mərkəzi ilə əlaqə yaradıb, lakin orada sürücüyə sərnişin barədə heç bir məlumatın qalmadığını bildiriblər. Sürücü sərnişinin binası qarşısında gözləmək qərarına gəlib və orada 8 saat olub. Varya Bortsova mukafat şəklində sürücüyə gediş haqqının 5 qatı həcmində pul verib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












