Taksi sürücüsü sertifikatını satanlar var? - AYNA xəbərdarlıq etdi

Sosial şəbəkələrdə taksi sürücülərinə verilən sertifikatların satılması və yaxud başqalarına verilməsi ilə bağlı paylaşımlarla qarşılaşırıq. Sürücülər bu kimi addım atdıqda, onun hansı hüquqi məsuliyyət daşıyacağı ilə maraqlanırlar. Bəziləri “qara yollarla” bunu edə biləcəklərini də söyləyirlər.
Bəs görəsən, taksi sürücülərinə verilən sertifikatın satılması və ya başqasına verilməsinin hüquqi məsuliyyəti varmı? Bu necə müəyyən olunur?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, xüsusi hazırlıq keçmiş taksi sürücülərinə verilən şəhadətnamə fərdi sənəddir və onun başqa şəxsə icarəyə verilməsi, istifadəyə təqdim edilməsi və ya üçüncü şəxs tərəfindən istifadə olunması qanunvericiliklə qadağandır.
“Qanunvericiliyə əsasən, xüsusi hazırlıq keçməmiş sürücünün sərnişindaşıma fəaliyyətinə cəlb edilməsi aşkarlandıqda inzibati məsuliyyət yaradır və icazəsi ləğv edilir.
Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən şəhadətnamə sürücünün xüsusi hazırlıq üzrə imtahanı şəxsən keçdiyini təsdiq edən rəsmi sənəddir. Bu sənədin başqası tərəfindən istifadə edilməsi imtahan nəticələrinin və sürücünün bilik uyğunluğunun saxtalaşdırılması kimi qiymətləndirilir.
Taksi fəaliyyəti göstərmək üçün icazə alındıqda, e-daşıyıcılar alt sistemi üzərindən bir sıra sənədlər yoxlanılır. Yoxlanılan sənədlərdən biri də xüsusi hazırlığa dair şəhadətnamədir. Belə ki, həmin şəhadətnфmələrin düzgünlüyü üzərindəki QR kodlara uyğun, həmçinin AYNA İnformasiya Sistemlərdəki məlumatlara istinad edilərək yoxlanılır. Eyni zamanda, SİMA imza ilə gündə bir neçə dəfə sürücünün identifikasiyası aparılır”./lent.az
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












