Taksi sürücüsünə qarşı quldurluq edən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünə qarşı quldurluq edərək 9 manat pulunu almaqda təqsirləndirilən Tərlan Şahkərimov, Elvin Babayev və Murad Əşrəfovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. "Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2018-ci il fevralın 1-də gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində baş verib. Müştəri kimi taksiyə əyləşən şəxslər mənzil başına çatanda sürücüyə qarşı ağır cinayət törədiblər.
Belə ki, Elxan Veyisov ''102'' zəng mərkəzinə məlumat verib ki, taksi fəaliyyəti göstərərkən Səbail rayonu ərazisində üç nəfər onun avtomobilinə müştəri kimi əyləşərək Xırdalana aparmalarını xahiş ediblər. Deyilən ünvana çatanda həmin şəxslər bıçaqla sürücüyə xəsarət yetirib onun pulunu və mobil telefonunu alıblar.
Xırdalan sakini Tərlan Şahkərimov, Quba sakinləri Elvin Babayev və Murad Əşrəfov saxlanılıb.
T.Şahkərimovun sözlərinə görə, həmin gün şəhərə gəzməyə çıxıblar. Pulları olmadığından quldurluq etmək qərarına gəliblər. Axşamın düşməsini gözləyən dostlar hədəf kimi taksi sürücüsünü seçiblər.
Bir həyətdə kirayədə yaşayan T.Şahkərimov, M.Əşrəfov və E.Babayev taksi sürücüsündən aldıqları 9 manata ərazaq alıblar. Mobil telefon isə T.Şahkərimovda qalıb.
T.Şahkərimovla M.Əşrəfov əvvəllər müxtəlif maddələrlə məhkum ediliblər.
Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
Prezidentin köməkçisi Ermənistanı gəzdi - VİDEO
Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü
Sel suları 25 avtomobil yoluna ziyan vurdu - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu - SƏBƏB
Bakıda nəhəng hava limanı İNŞA OLUNUR: İxrac imkanları genişlənəcək - VİDEO
Məşhur aktrisanın yazışmaları ÜZƏ ÇIXDI - “Kokain lazımdır, təcili!”
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA










