Taksi sürücüsünü bıçaqla hədələyib soydular - VİDEO

Paytaxtda quldurluq faktı qeydə alınıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan iki nəfər Bakı şəhər sakininin idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində oturaraq Qala qəsəbəsinə gedəcəklərini bildiriblər və qəsəbə ərazisində sürücünü bıçaqla hədələyiblər. Sürücünün 35 manat pulunu, mobil telefonunu və avtomobilinin açarlarını alıb hadisə yerini tərk ediblər. Xəzər rayon polis idarəsi 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ümid Kərimov və Elçin Teymurov Qala qəsəbəsi ərazisində saxlanılıb. Onlardan içərisində 2 ədəd bıçaq, yapışqanlı lent və idman paltarları olan çanta götürülüb.
Ümid Kərimov - Saxlanılan şəxs: "Taksi gəldi, "miqat"elədi. Saxlatdırdım, gördüm 45 yaşlı day-daydı. "Mercedes" sürürdü. Səliqəli maşın idi. Dedim, yəqin pulu olar".
Elçin Teymurov - Saxlanılan şəxs: "Balaca bıçaq Ümiddə idi. Dedik nə pul var, ver".
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi aparılıb, araşdırmalar aparılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
















