Taksi sürücüsünün çənəsini sındırmış futbolçu həbsdə qaldı

Danimarka millisinin və Norveçin “Rusenborq” klubunun futbolçusu Niklas Bendtner barəsində 50 günlük həbs qərarı çıxarılıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, futbolçu bu qərardan apellyasiya şikayəti verməyəcək. Bu barədə dünən Kopenhagen əyalət prokuroru məlumat verib: “Futbolçu öz şikayətini geri götürür. Kopenhagen Respublika Prokuroru apellyasiya şikayətinin təmin edilməsi üçün kifayət qədər səbəb olmadığı qənaətindədir. Ona görə də qərar qüvvəyə minir”.
Onun 50 gününü həbsxanada keçirib-keçirməyəcəyi bilinmir. Amma Danimarkada altı aydan az həbs cəzası çıxarılanda həmin şəxs elektron nəzarət altında da ola bilər. Qeyd edək ki, Bendtner bu ayın əvvəlində taksi sürücüsü 4.8 dollar tələb etdiyindən, onu döymüşdü. Bu döyülmə nəticəsində sürücünün çənəsi sınmışdı. Oyunçu isə bunu özünü müdafiə məqsədi ilə etdiyini bildirmişdi. Onu da bildirək ki, “Arsenal” və “Yuventus”un sabiq hücumçusu əvvəllər də qalmaqal yaşayıb. O, 2012-ci ildə Danimarka millisi ilə qol vurarkən reklam məqsədi ilə alt paltarını nümayiş etdirdiyi üçün cəzalanıb və 80 min avroluq cərimələnib. 2014-cü ildə isə Kopenhagen taksilərindən birinə sərxoş halda minən Niklas Bendtner şalvarını çıxararaq cinsiyyət orqanını kənardakı insanlara göstərərək onları təhqir etmişdi.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












