Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO

Yay aylarında taksidən istifadə edən sərnişinlərin qarşılaşdığı əsas problemlərdən biri kondisionerin işlədilməməsidir. Bəzi hallarda isə sürücülər kondisionerin istifadəsinə görə əlavə ödəniş tələb edə bilirlər.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, taksinin hansı sinfə aid olmasından asılı olmayaraq – ekonom, biznes və ya digər sinif – yay mövsümündə avtomobilin kondisioneri işlək vəziyyətdə olmalıdır.
Ekspertin sözlərinə görə, kondisionerin işə salınmasına görə sərnişindən ayrıca ödəniş tələb edilməsi düzgün deyil.
“Avtomobil nəqliyyatı haqqında” qanunun tələblərinə əsasən, sərnişindaşıma üçün istifadə olunan nəqliyyat vasitələrinin texniki və sanitariya baxımından saz vəziyyətdə olması təmin edilməlidir. Yay mövsümündə sərnişinlərin rahat və təhlükəsiz daşınması üçün avtomobildə müvafiq soyutma sisteminin olması və onun işlək vəziyyətdə saxlanılması vacibdir.
Eldəniz Cəfərov qeyd edib ki, avtomobildə kondisioner və ya sərnişin salonunun soyudulmasını təmin edən sistem yoxdursa, belə nəqliyyat vasitələrinin sərnişindaşıma fəaliyyətinə buraxılması ilə bağlı tələblərə yenidən baxılmalıdır.
“İstər ekonom, istər biznes, istərsə də başqa sinif taksi olsun, yay mövsümündə kondisioner işlək vəziyyətdə olmalıdır. Bunun üçün sərnişindən əlavə pul tələb edilə bilməz. Kondisionerin işlədilməsi taksi xidmətinin normal şərtlərindən biridir və ayrıca xidmət kimi təqdim olunmamalıdır”, – deyə ekspert vurğulayıb.
Ekspert sərnişinlərə də tövsiyə edib ki, taksi sifariş edərkən xidmətin şərtlərinə diqqət yetirsinlər və kondisionerin istifadəsinə görə qanunsuz şəkildə əlavə ödəniş tələb olunarsa, bununla bağlı aidiyyəti qurumlara müraciət etsinlər.
Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












