Taksilərdə nəyə görə post-terminallar quraşdırılmır? – Qanun var, icra yoxdur

Uzun müddətdir ki, Azərbaycanda taksilərin nağdsız ödəniş məsələsi geniş narazılıqlara səbəb olur. Belə ki, müxtəlif taksi şirkətlərinin sürücüləri mobil tətbiq üzərindən sifariş zamanı sifarişin “kartla ödəniş” formasında olacağını gördükdə imtina edirlər. Sərnişinlərə yazaraq onların gedişi ləğv etməsini tələb edirlər. Bu da çox vaxt sürücü və sərnişin arasında mübahisəyə gətirib çıxarır.
Qeyd edək ki, bununla yanaşı kartla ödənişdən əlavə, bəzi hallarda nağd ödəniş zamanı da sürücülərin ödənişin qalığını qaytarmaq üçün nağd pulu olmaması da sərnişinlər üçün problem yaradır. Bütün bu nağd və nağdsız ödənişlə bağlı problemləri nəzərə alaraq, taksilərdə post-terminallardan istifadə oluna bilər?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı açıqlamasında taksi vasitələrində post-terminallardan istifadənin təmin olunmasının effektivliyindən danışıb.
“Azərbaycan qanunvericiliyinə əsasən, “Avtomobil və sərnişin daşımaları haqqında” qanunda açıq şəkildə yazılıb ki, taksi kimi fəaliyyət göstərən minik avtomobilinin hər birində post terminal olmalıdır və nağdsız ödəniş prosesi orada baş tutmalıdır. Təəssüf ki, son dövrlər taksilərdə tez-tez bu problemə rast gəlirik. Nağd ödənişə daha çox üstünlük verilir. Nəinki post terminalın olması, hətta kartla onlayn ödəniş etmək istədikdə belə onun sifarişi bəzən sürücülər tərəfindən qəbul olunmur. Bu da sərnişinlərə böyük çətinliklər yaradır. Bu səbəbdən də həmin məsələdə nəzarət tədbirləri güclənməlidir? Bildiyim qədərilə artıq bir neçə şirkət bununla bağlı işlərə başlayıb”.
Ekspert qeyd edib ki, sürücülərin nağdsız ödənişlərdən imtina etməsinin əsas səbəbi onların gün ərzində qazandıqları pulu elə həmin gün də nağdlaşdıra bilməməsidir.
“Bir sıra şirkətlər artıq taksi fəaliyyətində nağdsız ödənişlərlə bağlı problemin həlli yolunda addımlar atmağa başlayıb. Bunlardan biri də “Bolt” şirkətinin sürücülər üçün tətbiq etdiyi gündəlik nağdlaşdırma prosesidir. Eləcə də, şikayət üçün də sistem qurub. Sürücülərin nağdsız ödənişlərlə bağlı əsas narazılığı həftədə bir dəfə nağdlaşdırma məsələsi idi. Burada əsas məqsəd onların bu bəhanədə əl çəkməsidir. Amma yenə də belə hallar digər taksi şirkətlərində də davam edir”.
Elməddin Muradlı bildirib ki, bu proses tədricən öz həllini tapacaq. Bu yolda qanunvericiliyə əsasən, taksilərdə post-terminalların quraşdırılması da vacibdir.(manset.az)
Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq - Bu tarixədək
Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR
Yeni ödənişli yolun məbləği ilə bağlı TARİF ŞURASINDAN AÇIQLAMA
Bəzi dövlətlər ikili standartlara görə BMT-dən çıxacaq – POLİTOLOQ
DTX-də peşə bayramı günü münasibətilə tədbir keçirilib - FOTO - VİDEO
Yağışda batan avtomobillərin zərərini KİM ÖDƏYƏCƏK? - AÇIQLAMA
Putinlə paşinyanın Paşinyan gərgin görüşü – Kreml Ermənistanı hədələyib? - Politoloqdan AÇIQLAMA
Bakıda 75 ilin binasındakı vəziyyəti memar İFŞA ETDİ - FOTOSESSİYA
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq










