Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir

Baş nazir Əli Əsədov taksi fəaliyyəti ilə bağlı sərəncam imzalayıb. Sərəncamda hansı avtomobillərlə taksi xidməti göstərilməsinin qadağan ediləcəyi, yeni tələblərin müəyyənləşdiriləcəyi qeyd olunur.
Artıq 3 ildir hökumət bu istiqamətdə radikal addımlar atır. Bu addımlar nə dərəcədə effektivdir?
Avtosfer.az xəbər verir ki, "Globalinfo"ya danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu sənəd iki ay ərzində hazırlanacaq:
“Burada əsasən bəzi taksi minik avtomobillərində xarici və daxili tərtibatın uyğunsuzluğunun aşkarlanması nəzərdə tutulur. Bu da nəticə etibarilə həmin nəqliyyat vasitələrinə taksi buraxılış kartının verilməməsinə və ya verilibsə, onun ləğv olunmasına gətirib çıxara bilər”.

E.Muradlı qeyd edib ki, sözügedən qərar müəyyən məsələlərdə tənzimləyici rol oynayacaq:
“Ola bilər ki, ötən il taksi buraxılış kartı almış şəxsin avtomobili bu il yoxlanılır və qərar verilir ki, maşının yararsızdır, kartın ləğv olunur. Halbuki həmin şəxs kart üçün ödəniş edib, müəyyən xərclər çəkib. Bu kimi ziddiyyətli məqamlar ortaya çıxa bilər. Necə olur ki, keçən il yararlı hesab edilən avtomobil bu il yararsız sayılır? Bu baxımdan hesab edirəm ki, məsələ ciddi şəkildə təhlil olunmalı, neqativ hallara yol verilməməlidir. Elə mexanizm qurulmalıdır ki, həqiqətən yararsız avtomobillər dövriyyədən çıxarılsın. Avtomobil beş ay və ya bir il əvvəl sənəd alıbsa, buna fərqli yanaşma olmalıdır. Nə dəyişdi ki, bir il əvvəl uyğun olan avtomobil indi yararsız sayılır?”
Nəqliyyat eksperti hesab edir ki, bu qərarın əsas məqsədi Bakı şəhərində taksi sayına limit tətbiq etməkdir:
“Hazırda qeydiyyatdan keçmiş taksilərin sayı 40 mini ötüb. Halbuki Bakı şəhəri üçün müəyyən limit nəzərdə tutulub, təxminən 25 min. Bu isə o deməkdir ki, taksi sayı 15 min civarında azaldılmalıdır. Bunun üçün də müəyyən mexanizmlər hazırlanmalıdır ki, yararsız nəqliyyat vasitələri istismardan çıxarılsın. Yəni həmin avtomobillər taksi kimi fəaliyyət göstərməsin, amma şəxsi nəqliyyat vasitəsi kimi istifadə oluna bilər”.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












