Taksoqrafla təmin olunmayan maşınların sahiblərini cərimə gözləyir - VİDEO

Taksoqrafla təmin olunmayan nəqliyyat vasitələrinin sahiblərini cərimə gözləyir. Avtosfer.az-ın məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil sahiblərinə xəbərdarlıq edib. Qurumdan bildirilib ki, taksoqrafla təchiz edilmədən beynəlxalq və ölkədaxili daşımaları həyata keçirən şirkətlər məsuliyyət daşıyacaqlar. Məsuliyyət tədbirləri nəqliyyat vasitələrinin sahibləri üçün də nəzərdə tutulub. Ekspertlər bildirirlər ki, məqsəd nəqliyyat vasitələrinin sürət həddini aşmadan və istirahət rejiminə əməl etməklə idarə olunmasını təmin etməkdir. Çünki bu cihaz nəqliyyat vasitələrinin bütün hərəkətlərini, sürət həddini və nə qədər vaxt fasiləsiz yol getdiyini dəqiqliklə qeydə alır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu qayda şəhərdaxili qısa məsafələrə sərnişin daşıyan avtobuslara şamil edilmir. Ərşad Hüseynovun sözlərinə görə, avtomobildə taksoqraf olmazsa və ya nasaz, plombu pozulmuş, eləcə də məlumatları saxtalaşdırlmış taksoqraf olarsa, həmin nəqliyyat vasitəsinin sahibi cərimələnə bilər. Qanun 2019-ci il yanvarın 1-də qüvvəyə minəcək.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












