Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA

Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanovun səsinin yer aldığı iddia olunan audioyazı yayılıb.
Avtosfer.az "Bakupost"a istinadla xəbər verir ki, audioyazıda icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsinə görə ödəniş tələb edilir.
Həmçinin o da aydın olur ki, iki uşağın müayinəsi üçün ümumilikdə 10 manat istənilir. Pasiyent isə həmin şəxsdən kart nömrəsini alır ki, ödəniş etsin.
Qeyd edək ki, İcbari Tibbi Sığorta çərçivəsində göstərilən xidmətlərə görə qanunvericiliyə əsasən vətəndaşlardan əlavə ödəniş alınması yolverilməzdir. Məsələdən hazırda Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsini icra edən direktor müavini Təranə Rəcəblinin də məlumatlı olduğu iddia edilir.
Məsələ ilə bağlı açıqlama verən Elnur İmanov iddiaları qəti şəkildə təkzib edib.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












