Tanınmış idmançının evindən oğurluq edən şəxs sevgilisinin günahsız olduğunu deyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.İsrafilov son söz deyib. O bildirib ki, digər təqsirləndirilən N.Fərəcova hadisədən xəbərsiz olub: "Onun bu işdə heç bir günahı yoxdur. Məhkəmədən xahiş edirəm bunu nəzərə alasınız". N.Fərəcova isə son sözə hazır olmadığını deyərək məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib. Xatırladaq ki, prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay, N.Fərəcovanın isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı N.Fərəcovanın məhkəmə zalından həbs edilməsini tələb etmişdi. F.Əzizova isə həmin şəxsləri bağışlayıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












