Tanınmış şirkətlərin 200 mindən çox pulunu mənimsədi - Azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Əflatun Quliyev, Elçin Məmmədov və Samir Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə həmin şəxslərə şərti cəza verilib. Ə.Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında azadlığa buraxılıb. Qeyd edək ki, Ə.Quliyev, S.Məmmədov və E.Məmmədov "Xəzər inşaat", "Kristal Abşeron" və digər şirkətlərin pulunu mənimsəmədə və vəzifə saxtakarlığında ittiham edilir. Onlar, ümumilikdə, şirkətlərin 200 mindən çox pulunu mənimsəyib. İstintaq dövründə təqsirləndirilən şəxslərdən yalnız Ə.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilib, digər iki şəxsin barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri barədə qərar çıxarılıb. S.Məmmədovla E.Məmmədov qardaşdır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












