Tanışını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Qarabağ döyüşçüsü İlqar Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
O, məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında İ.Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttiham aktına əsasən, İ.Əliyev ötən il Bakda tanış olduğu, bir müddət birlikdə yeyib-içdiyi Mirəli Seyidovu qətlə yetirib.
Məlumata görə, spirtli içki içdikdən sonra hər iki şəxs arasında mübahisə yaranıb. Əlbəyaxa davadan sonra İ.Əliyev üzərində olan bıçaqla M.Seyidova bir neçə bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
İ.Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, İ.Əliyev ifadəsində Qarabağ döyüşlərinin iştirakçısı, batalyon komandiri, kəşfiyyatçı olduğunu bildirib.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










