Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA

Ermənistanda benzin və dizel yanacağının qiymətləri tarixi rekord səviyyəsinə çatıb. Belə ki, İrəvanın yanacaqdoldurma stansiyalarında “Aİ 92” markalı benzinin bir litrinin qiyməti 580 dramdan (təxminən 2,71 AZN) 600 drama (təxminən 2,80 AZN) çatıb, “premium” benzin isə daha 20-30 dram bahalaşaraq 620-630 drama (təxminən 2,90-2,94 AZN) satılır. Ölkədə dizelin qiyməti də artıb və hazırda 710 drama (təxminən 3,32 AZN) təklif edilir. Paralel olaraq, Gürcüstan və Türkiyədə də yanacağın qiymətində artım müşahidə olunur.
Regiondakı bu bahalaşma fonunda Azərbaycanda vəziyyət necədir? Ölkədə benzin və dizelin qiymətinin dəyişməsi gözlənilirmi?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov dünyada yanacağın, o cümlədən neftin qiyməti artdığını deyib:
“Neftin qiymətinin yüksəlməsi ilə paralel olaraq dizel və benzinin də qiyməti artır. Nefti hazırda dünya bazarında daha yüksək qiymətə ixrac edirik. Daxili bazarda isə onu daha aşağı qiymətə satmaq iqtisadi baxımdan sərfəli deyil və müəyyən itkilərə səbəb ola bilər. Bu baxımdan həmin fərqi kompensasiya etmək üçün Azərbaycanda da yanacağın qiymətinin artırılması mümkündür. Lakin burada digər amillər də nəzərə alınmalıdır. Belə ki, bu il benzinin bəzi növləri, eləcə də dizel üzrə idxal rüsumu müvəqqəti olaraq, bir il müddətinə sıfırlanıb. Bu da qiyməti aşağı çəkən amillərdən biridir”.

İqtisadçı bildirib ki, eyni zamanda, Azərbaycanda benzinin və dizelin qiymətini bazar müəyyən etmir:
“Qiymətləri Tarif Şurası tənzimləyir. Ona görə də burada sözügedən qurumun hansı iqtisadi məntiqi əsas götürəcəyi önəmlidir. Məsələn, neftin qiymətinin yüksək olmasını əsas gətirərək benzinin və dizelin qiymətini artıra bilər. Digər tərəfdən, uzunmüddətli perspektivdə qiymətlərin hələ sabitləşmədiyini nəzərə alaraq mövcud qiymətləri dəyişmədən saxlamaq da mümkündür”.
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO












