Tarif Şurası elektrik enerjisinin qiymətini DƏYİŞDİ

“Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 19 nömrəli Qərarında dəyişiklik edilib.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikasının Tarif Şurası bununla bağlı qərar qəbul edib.
Qərarda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifi nəzərə alınaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası qərara alır:
1. “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 19 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərarla təsdiq edilmiş “Elektrik enerjisinin ölkədaxili tarifləri”nə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:
|
4. |
Sabit tarif | |
| 4.1. | Əhali və 1 fazlı təchizat sxemi üzrə qeyri-əhali | 1,0 manat/ay |
| 4.2. | 3 fazlı təchizat sxemi üzrə qeyri-əhali | 3,0 manat/ay |
1.2. aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:
“6-1. Azərenerji” ASC-nin istehsalı olan istilik enerjisinin “Azəristiliktəchizat” ASC-yə topdansatış tarifi ƏDV daxil olmaqla 3 manat/Qkal, digərlərinə isə 40 manat/Qkal müəyyən edilsin.”.
2. Bu Qərarın 1.1-ci bəndi 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.
3. Bu Qərarın 1.2-ci bəndi ilə müəyyən olunan tariflər 2025-ci il 2 yanvar tarixindən yaranan münasibətlərə şamil edilir.
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












