Tarix Əliyev efirdən getdi - GÖRÜN ONU KİM ƏVƏZ EDƏCƏK

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV kanalında aparıcı kimi fəaliyyətini dayandırıb. Avtosfer.az xəbər verir ki, onun təqdim etdiyi proqram gələn həftənin ilk günündən etibarən yeni aparıcının iştirakı ilə yayımlanacaq. Toliki efirdə Könül Muxtarova əvəz edəcək. Kanal rəhbərliyinin bununla bağlı yaxın günlərdə rəsmi açıqlama verəcəyi gözlənilir.”Tarixin bir günü” verlişinin adı dəyişiləcək.Məlumatda bildirilir ki, Tarix Əliyevin efirdən uzaqlaşdırılmasına səbəb son vaxtlar sosial şəbəkələrdə işlətdiyi qeyri-etik ifadələr və qalmaqallı çıxışları olub. Xüsusilə müğənni Səidə Sultan ilə yaşadığı açıq qarşıdurma və qarşılıqlı ittihamlar ictimaiyyət arasında geniş rezonans doğurmuşdu. Canlı yayımlarda və sosial platformalarda səsləndirilən fikirlər ciddi müzakirələrə səbəb olmuş, media etikası baxımından birmənalı qarşılanmamışdı.Qeyd edək ki, məsələ bununla da yekunlaşmayıb. Məlumata görə, Audiovizual Şura tərəfindən aparılan monitorinqlərdən sonra təkcə Tolikin deyil, aparıcı Elgiz Əkbərin də proqramının yayımına xitam verilib. Bu qərarın televiziya məkanında etik norma və yayım prinsiplərinin qorunması məqsədilə qəbul edildiyi bildirilir.Hazırda məsələ ilə bağlı rəsmi qurumların və adıçəkilən şəxslərin mövqeyi məlum deyil.(aztimesaz)
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR












