Tarixin ən böyük haker hücumu gerçəkləşib: 500 milyondan çox adamın...

Dünyada ən böyük otellər şəbəkəsi olan "Marriott İnternational"a qarşı tarixin ən böyük haker hücumu həyata keçirilib.
Avtosfer.Az musavat.com-a istinadən bildirir ki, 2014-cü ildən, 2018-ci ilin sentyabr ayına qədər oteldə nə qədər insan qonaq olubsa, hamısının pasportlarının nömrəsi, adları və e-mail adresləri ələ keçirilib.
Şirkətdən verilən açıqlamaya görə, hakerlər şirkətin "Starwood" markasının məlumat bazasına qanunsuz giriş ediblər. Nəticədə 2014-cü ildən, 2018-ci ilin 10 sentyabrına qədər otelə gələn bütün qonaqların şəxsi məlumatlarını ələ keçirməyə nail olublar.
Ələ keçirilən bilgilər arasında olduqca gizli məlumatların da yer aldığı bildirilir. Bundan başqa, şirkətin verdiyi açıqlamaya görə, bilgiləri ələ keçirilən müştərilərin sayı 500 milyondan çoxdur.
"Marriott İnternational"dan verilən açıqlamaya görə, baş vermiş hadisədə oteldə çalışanların da əlinin olduğu ortaya çıxıb. Lakin istintaq davam etdiyi üçün onların adları mediaya açıqlanmır.
Şirkətin yüksək səlahiyyətli şəxsi olan Arne Sorenson bildirib ki, bu cür olayın yaşanması şirkət rəhbərliyinə olduqca pis təsir edib: "Bütün zərər çəkən müştərilərimizdən üzr istəyirik. Onların hər birinə bildiririk ki, baş verən hadisə bizə gələcəkdə bu kimi səhvləri etməmək üçün böyük dərsdir".
Xatırladaq ki, "Marriott İnternational" 2016-cı ildə "Starwood" şirkətini 12.2 milyon dollara alaraq, dünyanın ən böyük otel zəncirinin sahibi olub.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










