Tarixin ən sirli adamı - DƏMİR MASKALI ADAM KİM OLUB?

Onun haqqında filmlər çəkilib, kitablar yazılıb. Amma sirri heç bir zaman açılmayıb. Kim idi dəmir maskalı adam? Niyə uzun illər həbsdə qalıb? Niyə üzündəki maskanı çıxrmadılar? Bu sirli adam kim idi?
Avtosfer.az "ölkə.az"-a istinadən dəmir maskalı adam haqqında oxucularına məlumat verir.
O, öləndə kamerasındakı bütün əşyalarını yandırdılar. Meyitini dəfn etmək üçün heç bir mərasim keçirilmədi. Bu əmri isə Fransa kralı XIV Luis verdi. Bəs kralın zəhləsi gedən adam kim idi?
Bəzi mənbələrə görə, o, kralın qeyri-qanuni oğlu idi və üzü krala çox bənzədiyi üçün dəmir maska ilə bağlanmışdı. Başqa bir iddiaya görə isə kralın özü qeyri-qanuni idi və dəmir maskalı adam əslində kral idi. Bundan başqa ortaya atılan versiyalardan biri də məhkum kralın ekiz qardaşı idi və krala çox bənzədiyi üçün ondan uzaqda saxlanılırdı.
Kral ona çox yaxşı baxılması barədə əmr vermişdi.
1699-cu ilin sonunda dəmir maskalı adam həbs edildi. Mars məktubunda Luvisə yazırdı:
"Kralın əmri ilə Piqnerola yollanan Yustas Dauqer adlı adamı götürdüm. Ən yüksək səviyyədə mühafzə ilə heç kəslə danışmasına, kiməsə özü haqqında məlumat ötürməsinə, məkbut və ya başqa bir üsulla xəbər göndərməsinə mane oldu. Bu şəxsin kifayət qədər yaxşı qidalanmasını istədiyiniz üçün bu mövzuda heç bir bəhanə qəbul etməyəcəyinizi dediyiniz üçün lazım olanları etdim. Amma deməliyəm ki, əgər danışmağına icazə verilməsə, özünü öldürmək barədə planları var".
Məktubların bəziləri krala aiddir və kralın Yustas adlı şəxsdən zəhləsi getdiyi amma xüsusi olaraq diqqət ayırdığı məlum olur. Kral onun daim müşahidə edilməsini və ən yaxşı şərtlər altında mühafizə edilməsini istəyir. Vacib olan isə onun heç kəslə bir kəlmə danışmasına və yazışmasına şərait yaratmamaqdır.
Növbəti məktublarda məhkumun həyatı ilə bağlı geniş məlumat verilir. Amma maskalı adamın kim olduğu və niyə bu işlərin edildiyi barədə məlumat yoxdur.
Bu günə qədər də heç kəs kralın sirli maskalı məhkumunun kim olduğunu və niyə həbs edildiyini bilmir...
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ












