Taxta və dəmir alanda diqqətli olun – Ölçülərdə kəsirlər - İfşa görüntüləri yayıldı - VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülərdə inşaat materiallarının, xüsusilə taxta və dəmirin standartdan daha qısa ölçüdə satıldığı iddia edilir. Videonu çəkən şəxs bildirir ki, bu hal təkcə taxtalarla məhdudlaşmır, digər materiallarda da eyni vəziyyət müşahidə olunur və bir çox satış nöqtəsində belə hallar baş verir.
Məsələn, 5x10 ölçüdə satılan taxta əslində, 3.5x9-adır. Kubla hesablananda alıcılara əməlli ziyan dəyir. Həm də malın keyfiyyəti və dayanıqlı olması sual altına düşür.
Paylaşımda vurğulanır ki, alıcılar materialları ölçəndə fərqin açıq şəkildə hiss olunduğunu deyirlər. Belə halların son vaxtlar daha çox yayıldığı qeyd olunur və bunun satıcı tərəfindən gizli şəkildə “qənaət” məqsədilə edildiyi iddia edilir.
Bəs bu cür standartdan kənar materialların tikintidə istifadəsinin zərərləri və fəsadları nə ola bilər?
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin sədri və iqtisadçı ekspert Vüqar Oruc Avtosfer.az-a təəssüflə bildirib ki, videoda deyilən məsələ həqiqətdir:

“Azərbaycan inşaat materialları bazarlarının özünə məxsus standartı meydana gəlib. Standart ondan ibarətdir ki, verilən məhsullarda, inşaat materiallarında bəlli ölçü normativlərinə və bəyan etdikləri ölçülərə uyğun olmayan mallar vətəndaşa təklif olunur. Artıq alıcılar bununla barışır və bazar iştirakçıları bunu mühüm bir prinsip kimi qəbul ediblər. Bazardan 5x10 taxta alan şəxs, istər inşaat sektoru üzrə sahibkar olsun, istər adi vətəndaş, artıq bilir ki, hər istiqamətdə 1 santimetr az ölçü təqdim olunacaq və bununla barışıblar.
Bazara təklif olunan taxtanın kubu 350 manatdırsa, verilən ölçülərə görə alıcıya 400 manata başa gəlmiş olur. Bu isə vətəndaşın və inşaat sektorunda fəaliyyət göstərən sahibkarların maraqlarına zərbə vurur, maddi itki və zərər yaradır”.
Mütəxəssis əlavə edib ki, bu problemi aradan qaldırmaq üçün bazara xüsusi nəzarət mexanizmi tətbiq olunmalı, standart və normativlərə tam uyğun şəkildə satış həyata keçirilməlidir: “Ölçülərə tam riayət olunmaq şərtilə inşaat materiallarının satışı qeydiyyata alınmalıdır. Əks təqdirdə, qeyd etdiyim kimi, istehlakçıların hüquqları pozulur. Onlar təkcə aşağı ölçülü material almağa məcbur olmur, eyni zamanda daha yüksək qiymət ödəmək zərurəti ilə üz-üzə qalırlar ki, bu həm qanunlara uyğun deyil, istehlakçı hüquqlarının tapdanmasıdır, həm də qanun pozuntusu faktıdır”.
Eltac Zülfüqaroğlu
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










