Tbilisi-Bakı təyyarə reysi gecikir

Bu gün Tbilisidən Bakıya gəlməli olan təyyarə reysi gecikir. “Report”un məlumatına görə, Azərbaycanın aşağı büdcəli aviareysi olan “Buta Airways”in “J2 9224” reysi yerli vaxtla 11:50-də həyata keçirilməli olsa da, təyyarə hələ də Bakıya çatmayıb. Amma hava limanında gözləyən insanlara bunun səbəbi barədə heç bir məlumat verilməyib. “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Report”a açıqlamasında bildirib ki, təyyarə biletlərin qeydiyyatı sahəsində yaranan ümumi problemlərə görə yubanır: “Problem AZAL-la bağlı deyil, çünki, bu, ümumi məsələdir. Problemin aradan qalxması üçün lazımi addımlar atılır. Uçuşun təxirə salınması planlaşdırılmır. Lakin uçuşun nə zaman bərpa olunacağı barədə dəqiq məlumat deyə bilmərəm”.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












