Tbilisi meri metro işçilərinin tələblərinin yerinə yetiriləcəyinə söz verib

Tbilisi metrosunun maşinstləri iyunun 6-da saat 14.00-dan etibarən tətili dayandıracaqlar. “Report” “Sputnik”ə istinadən xəbər verir ki, aksiya iştirakçıları daxili məsləhətləşmə nəticəsində belə bir qərar qəbul ediblər. Maşinistlərin sözlərinə görə, Tbilisi şəhər meri Kaxa Kaladze onların maaşlarının artırılacağına söz verib və problemin həllinə dair məsuliyyəti üzərinə götürüb. Ancaq metro işçilərinin əməkhaqqlarının nə vaxtdan artırılacağı məlum deyil. Qeyd edək ki, iyunun 4-dən Tbilisi metrosunun maşinstləri əmək haqqlarının artırılması tələbi ilə tətilə başlayıblar. Onlar tələbləri yerinə yetirilməyənədək işə çıxmayacaqlarını bildiriblər. Maşinsitlər maaşlarının 45 faiz artırılmasını tələb edirlər. Tbilisi metrosunun 500-ə yaxın işçisi iyunun 4-də başlayan etiraz tətilinə qoşulmuşdu. Məlumata görə, işçilərdən 140-ı aclıq aksiyası keçirmişdi. Tətilin təşkilatçısı “Ertoba2013” Metro Maşinistlərinin Həmkarlar Təşkilatıdır.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












