Tbilisinin mərkəzində yol çöküb

Avqustun 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzindəki Çitadze küçəsində yol çöküb.
Avtosfer.Az "Report"a istinadən bildirir ki, baş verən hadisədən xəsarət alan olmasa da, küçədə nəqliyyatın hərəkəti tam dayanıb.
Tbilisinin mərkəzi Rustaveli prospektinə bağlanan küçədə iki metr dərinlikdə və diametrdə dərin, qara çuxur yaranıb. Torpaq çökməsinə şəhərin bu hissəsindəki su-kanalizasiya sistemindəki nasazlığın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Tbilisi şəhər meriyası qəzanın tezliklə aradan qaldırılacağını bildirib. Məlumat üçün qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyinin yaxınlığında olan həmin küçə və ərazi xarici turistlərin ən çox qaldıqları yerlərdən biridir. Buradan həm Mtasminda parkına ("Dağüstü park), həm də digər mərkəzi küçə və meydanlara getmək olur.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












