TBNM ilə yükdaşımaların həcmi 5 dəfə artıb

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yük daşımalarının həcmi son 4 ildə beş dəfə artıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un Qazaxıstan bürosu ölkənin nəqliyyat naziri Marat Karabayevə istinadən xəbər verir.
"Hazırda iki mühüm tranzit dəhlizi fəal şəkildə inkişaf edir ki, onlardan biri də ötürmə qabiliyyəti 6 milyon ton olan TBNM-dir.
"Bu dəhliz vasitəsilə daşımaların həcmi son 4 ildə 800 min tondan 4,1 milyon tona çatıb ki, bu da beş dəfə artım deməkdir. Bu müddət ərzində yüklərin çatdırılma müddəti 58-60 gündən 13-15 günə qədər azalıb", - nəqliyyat naziri bu gün Məclisdə hökumətin səyyar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dəhlizin gələcək inkişafı üçün Azərbaycan, Türkiyə və Gürcüstanla birgə daşınma prosesində yaranan maneələrin aradan qaldırılmasına yönəlmiş Yol Xəritəsi təsdiq edilib.
"Qarşıdakı hədəfimiz marşrutun ötürmə qabiliyyətini ildə 10 milyon tona çatdırmaqdır", - M.Karabayev vurğulayıb.
Eyni zamanda, o əlavə edib ki, yerli donanmanın çatışmazlığı mühüm problemdir.
"Hazırda Kurık - Ələt marşrutunda yalnız Azərbaycan bərələri işləyir, bizə ən azı 7 gəmi lazımdır. Onların istehsalı üçün Türkiyənin "YDA" və "ASFAT" şirkətləri Kurık limanının yaxınlığında xüsusi zavod tikməyi planlaşdırır", - o qeyd edib.
Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












