Təcavüzdə ittiham olunan Türkiyə vətəndaşı ekstradisiya edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə qadına təcavüz etməkdə ittiham edilən, qanunsuz yolla Azərbaycana gəlib burada yaşayan Türkiyə vətəndaşı Sabri Sökmenin məhkəməsi keçirilib. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə Azərbaycanda saxlanılan S.Sökmenin Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb. Məhkəmədə məlum olub ki, S.Sökmenin 2011-ci ildə Türkiyədə bir qadına təcavüz edərək Azərbaycan qaçıb. Burada isə Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Türkiyə məhkəməsi isə onu 12 il müddətinə azadlıqdan məhrum edib və beynəlxalq axtarışa verib. Bugünkü məhkəmə iclasında son söz deyən S.Sökmen ağlayaraq ölkəsinə getmək istəmədiyini bildirib. Məhkəmə kollegiyasının hökmü ilə S.Sökmenin barəsində həbs-qətimkan tədbiri seçilməsi və ölkəsinə ekstradisiya edilməsi qərarı verilib.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












