Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? - FOTO

Pakistanda üç nəfərin təcavüzünə məruz qalan Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə bağlı yeni faktlar ortaya çıxıb.
Avtosfer.az-ın xəbərinə görə, sosial şəbəkənin Pakistan seqmentində Diana Bağıyevanı ilk dəfə bu ölkəyə gətirdiyi iddia olunan şəxslə (böyük ehtimalla əri - red.) fotosu yayılıb.

Sözügedən şəxsin pakistanlı iş adamı Zain Buxari olduğu bildirilir. Diana Bağıyevanın iş adamından 2.5 milyon Pakistan rupisi (təxminən 15 min manat) pul aldığı iddia olunur.
Bildirilir ki, Diana Bağıyevanın Zain Buxari və onun 25 illik yaxın dostu, parça ticarəti ilə məşğul olan Şabir Əhməd (Nəqaş kimi də tanınır) arasında ixtilafın yaranmasına da səbəb olub. Nəticədə onların dostluğu pozulub, Zain Buxari isə onu Dianadan ayırmağa çalışdığı üçün "Nəqaş"ı öldürməyə cəhddə ittiham edilib.
Pakistan mediasında yayılan digər xəbərlərə görə, Diana Bağıyeva hazırda ailə üzvləri ilə ünsiyyətə qəti şəkildə can atmır. Onun yaxın vaxtlarda Azərbaycana qayıtması gözlənilir.
Xatırladaq ki, 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva Lahorda təcavüzə məruz qalıb./oxu.az
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












