TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO

Bakıda birsürücüavtobusu qapısı açıq şəkildə idarə edib və bu zaman bir neçə məktəbli qapıdan sallanıb. Avtosfer.az xəbər verir ki, sürücü isə sanki belə də olmalı imiş kimi yoluna davam edib. İndi təqdim edəcəyimiz görüntülər ''Albalılıq''qəsəbəsində çəkilib. Həmin avtobuslardan istifadə edən sərnişinlərin sözlərinə görə,belə halların yaranmasına səbəb avtobusların sayının az olmasıdır. Avtobus dolduğundan şagirdlər çətinliklə də olasa, minməyə çalışırlar. Bir neçə saniyə sonra isə avtobus hərəkətə başlayır. Baxmayaraq ki, qapısı açıqdır. Qapıdan isə eyni anda bir neçə şagird sallanıb. Görüntülər dünən paytaxtda ''Albalılıq'' qəsəbəsi kimi tanınan ərazidə çəkilib. "Xəzər Xəbər”in votsap nömrəsinə göndərilən kadrlardan aydın görünür ki, sərnişinlər çox olduğundan avtobus anında dolur. 107 saylı avtobus metronun koroğlu stansiyasından Buzovna qəsəbəsinə qədər hərəkət edir. Həmin avtobusdan mütəmadi istifadə edənlər deyirlər ki, bir çox hallarda avtobuslar dayanacaqlara sərnişinlə dolu şəkildə girir. Bu isə onların işə və ya məktəbə gecikməsinə səbəb olur. Sərnişinlər xəttəki avtobusların sayının artırılmasını istəyirlər. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən faktla bağlı daşıyıcı şirkət rəsmisi agentliyə çağırılıb. Yazılı izahat alınıb və məsələ ilə bağlı tədbir görülməsi tapşırılıb. Daşıyıcı şirkətdən isə bildirildi ki, şirkət sürücülərə mütəmadi olaraq avtobusları qapısı bağlı şəkildə idarə etməyi tapşırır. Bu tələbi pozan sürücülərə qarşı sərt addımlar atır. Artıq avtobusu qapısı açıq şəkildə idarə edən sürücü də işdən kənarlaşdırılıb. O ki, qaldı xəttəki avtobusların azlığına, daşıyıcı şirkətdən bildirildi ki, həmin xətdə bu yaxınlara qədər 15 avtobus fəaliyyət göstərib. Sərnişinlərin sıxlığı nəzərə alınaraq ötən həftə avtobusların sayı 20-yə qaldırılıb.
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan












