Təhlükəli şəraitdə avtobus gözləyən vətəndaşların səsi eşidildi; bu küçəyə dayanacaq quraşdırılır - VİDEO

Paytaxtda, eləcə də bölgələrdə vətəndaşların ən çox əziyyət çəkdiyi məsələlərdən biri məhz dayancaqların ya tələbat olan yerdə quraşdırılmaması, ya da ümumiyyətlə olmamasıdır. Bakının mərkəzi küçələrində bu məsələyə xüsusi diqqət yetirilsə də, paytaxtətrafı ərazilərdə, eləcə də bölgələrdə nəzərəçarpan çatışmazlıqlar vətəndaşların narazılığına səbəb olur.
Avtosfer.az xəbər verir ki, Bakının Səbayıl rayonu Bayıl qəsəbəsinin sakinləri də analoji vəziyyətdən əziyyət çəkirlər. Belə ki, qəsəbənin Gülbala Əliyev küçəsində dayanacağın olmaması vətəndaşları ilin yağışlı, eləcə də günəşli günlərində çətin vəziyyətə salır.
Nəqliyyat eksperti, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı Gülbala Əliyev küçəsində vətəndaşları narahat edən dayanacaq problem ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edib.
Ərazidən çəkiliş edən ekspert bildirib ki, uzun müddətdir ki, bu məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət edib. Xeyli çək-çevirdən sonra icra nümayəndələri ərazidə dayanacağın qoyulacağı hissəyə mişar daşları töküb.
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təşəkkür edirəm. Müraciətimizə dərhal reaksiya verərək ərazidə yolun hər iki tərəfində dayanacaq nişanları quraşdırdılar. Qarşı tərəfdə vəziyyət daha acınacaqlıdır. Vətəndaşlar 10000 Voltluq elektrik dirəyinin altında avtobus gözləməli olurdu. Artıq əraziyə daşlar tökülüb və yaxın müddətdə də dayanacaqlar quraşdırılacaq”.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr" layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Müəllif: Səfər Əlizadə
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












