Təhlükəli trend yayılır: Siqnalla təbrik - XƏBƏRDARLIQ edildi

Son günlər sosial şəbəkədə avtomobil siqnallarından əyləncə məqsədilə istifadə edən sürücülərlə bağlı paylaşımlar diqqəti çəkir. İlk baxışda sadə görünən bu tendensiya, əslində, yol hərəkəti mədəniyyəti və təhlükəsizlik baxımından ciddi suallar doğurur.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu cür hərəkətlər həm təhlükəlidir, həm də qanunvericiliyə ziddir:
“Bu, xoşagəlməz haldır və bəzi sürücülərin yol hərəkəti qanunvericiliyini kifayət qədər bilmədiyini göstərir. "Yol hərəkəti haqqında" qanunun 73-cü maddəsinə əsasən, səs siqnallarından yalnız iki halda istifadə olunmalıdır: yaşayış məntəqələrindən kənarda ötmə əməliyyatı zamanı qarşıdakı nəqliyyat vasitəsinin sürücüsünü xəbərdar etmək və yaşayış məntəqələrində yalnız yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə.
Məsələn, qarşıdakı sürücünün diqqəti yayınarsa və ya qəfil istiqamətini dəyişərsə, siqnal vermək məqsədəuyğundur. Eyni qayda piyadalar üçün də keçərlidir. Əgər piyada qəflətən yola çıxırsa, telefonuna baxırsa və ya qulaqcıqdan istifadə etdiyi üçün ətrafı eşitmirsə, sürücü onu siqnalla xəbərdar edə bilər.
Lakin sosial şəbəkədə yayılan və bəzi sürücülərin avtomobilin arxa şüşəsinə “bu gün ad günümdür, siqnal verin” kimi yazılar yapışdırması qanunla qadağandır. Belə hərəkətlər yalnız qayda pozuntusuna təşviq etmir, eyni zamanda əks tərəfdən siqnal verən sürücünü də məsuliyyətə cəlb edə bilər. Bu hallarda hər iki sürücü inzibati məsuliyyət daşıyır və 30 manat məbləğində cərimə tətbiq oluna bilər".
Ekspert ictimaiyyətin bu trendlərə münasibətini də şərh edib:
“Bəzi insanlar bunu əyləncəli hesab edə bilər, lakin səs siqnalı təhlükəsizlik vasitəsidir və yalnız zəruri hallarda istifadə olunmalıdır. Bu cür trendlərin təşviqi doğru deyil və yol hərəkəti mədəniyyətinə mənfi təsir göstərir"./news24.az
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












