Tehranda qadın meydan oxudu: baş örtüyünü açıb... – VİDEO

Tehranın İnqilab meydanında məcburi hicaba etiraz edən qadın həbs edilib. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, İnqilab meydanının günbəz şəkilli simvolu olan yerə qalxan gənc qadın baş örtüyünü açaraq əlindəki rəngli şarlarla birlikdə yaylığını göydə yelləməyə başlayıb. Etirazçı qadın meydan ətrafında toplaşaraq onun bu hərəkətini seyr edən vətəndaşlar tərəfindən alqışlansa da, az sonra hadisə yerinə gələn hüquq-mühafizə qüvvələri əməkdaşları tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb. Tutulan qadının adı və onun hazırda harada saxlanıldığı barədə hər hansı bir məlumat yayılmayıb. Qeyd edək ki, bundan əvvəl Vida Müvəhhid adlı 31 yaşlı, bir uşaq anası qadın Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba etirazını bildirdiyinə görə onu “İnqilab küçəsinin qızı” adı ilə adlandırırdılar.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












