Tələbə kartlarının ictimai nəqliyyatda istifadəsi MÜMKÜN OLACAQ? – AÇIQLAMA

Məlum olduğu kimi, "TələbəPlus" layihəsi çərçivəsində universitetlərdə vahid tələbə kartı tətbiq olunur.
Sözügedən kart tələbələr üçün həm debet bank kartı, həm təqaüd kartı, həm də universitetə giriş-çıxış kartı funksiyalarını daşıyır.
Bu kart vasitəsilə təhsilalanlar bir sıra imtiyazlardan yararlanırlar ki, bura supermarketlər, kitab, geyim, aksessuar və parfümeriya mağazaları, kafe-restoran, təhsil mərkəzləri, onlayn platformalar, əyləncə məkanları və s. yerlərdə xüsusi endirimlər, keşbeklər və promokodlar daxildir. Lakin kart hazırda müəyyən sosial və maliyyə güzəştləri təqdim etsə də, bəzi tələbələr nəqliyyatda daha geniş güzəştlərin tətbiq olunmasını istəyirlər.
Kartlar ictimai nəqliyyatda da istifadə edilə bilərmi?
Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Elmin Nuri bildirib ki, tələbə kartları dünyanın bir çox ölkəsində tələbələr üçün xüsusi imtiyazlar və güzəştlər təqdim edən vacib vasitədir.
“Bu kartlar əsasən tələbələrin ictimai nəqliyyatda, restoranlarda, dükanlarda və digər xidmət sahələrində endirimlərdən faydalanmalarına şərait yaradır. İnkişaf etmiş ölkələrdə vahid tələbə kartları daha çox ictimai nəqliyyat vasitələrindən istifadə zamanı tətbiq olunur. Bu kartlar vasitəsilə tələbələr ictimai nəqliyyatdan bəzi ölkələrdə tam ödənişsiz, bəzilərində isə böyük endirim faizləri ilə istifadə edirlər.
Məsələn, Polşa, Macarıstan, Avstriya, İsveçrə, İsveç, Almaniya, Estoniya, ABŞ, Kanada, Yaponiya, İtaliya və s. kimi ölkələrdə oxuyan gənc soydaşlarımızın hamısı bu kartlardan razılığını qeyd edirlər. Ötən il Təhsilin İnkişafı Fondu bu məsələ ilə bağlı yeniliyi ictimaiyyətə çatdırdı. Biz də bunu xüsusi sevinclə qarşıladıq. Hətta bu barədə təhlil və açıqlamalarımızda yalnız pozitiv məqamlara diqqət çəkdik. Amma kartın üstünlükləri həmin kartı tanıyan şirkət, şəbəkə və xidmətlərin kəmiyyət-keyfiyyətindədir”,- o deyib.
Ekspertin sözlərinə görə, Azərbaycanda ictimai nəqliyyatda keçərlilik olmadığı halda tələbələrimizin “TələbəPlus” kartını sevməsi çox da inandırıcı görünmür.
“Amma hər bir halda biz Təhsilin İnkişafı Fonduna bu istiqamətdəki böyük əziyyətləri üçün təşəkkür edirik. Əməkdaşlıq müqaviləsi imzalanmış 23 universitetdə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 190 000 tələbə "TələbəPlus" kartı ilə təmin edilib.
Qurumdan bildirilir ki, irəliləyən mərhələlərdə texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin, təxminən 70 000 nəfərin də bu layihədən yararlanması nəzərdə tutulur. Bütün bunlar qısa müddətdə böyük zəhmətin göstəricisidir. İnanırıq ki, nəqliyyat güzəştləri də tezliklə reallaşacaq",- deyə E.Nuri fikrini yekunlaşdırıb.(bizim.media)
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












