Tələbə və təqaüdçülərə ŞAD XƏBƏR - Gediş haqlarında güzəşt təklifləri

Davamlı olaraq bir neçə gündür ki, mətbuatda gediş haqlarının artırılması ilə bağlı fikirlər yayılıb. Gediş haqlarında artım ictimai nəqliyyatdan istifadə edən əhalinin çoxu tərəfindən birmənalı qarşılanmayıb.
Avtosfer.az xəbər verir ki, ajans.az mövzunu geniş araşdırıb.
Məsələ ilə bağlı deputat Vüqar Bayramov açıqlama verib.
Ekspert bildirib ki, ictimai nəqliyyatda qiymətlərin tənzimlənməsi Tarif Şurasının səlahiyyətinə daxildir. Qiymət artımı ilə bağlı isə, hələ ki, rəsmi açıqlama qəbul edilməyib. Tarif Şurasına bir neçə məsələ ilə bağlı təkliflər hazırlanaraq təqdim edilib.
Bu təkliflərə fərqli kartların tətbiq edilməsi( bir neçə ölkədə olduğu kimi), məsafədən asılı olaraq qiymətin hesablanması daxildir.
Vüqar Bayramov qeyd edib ki, bəzi hallarda sərnişinlər uzun və ya qısa məsafədən olaraq eyni gediş haqqını ödəyirlər. Lakin bu proses dəyişilməlidir. Məsafəyə uyğun olaraq, vətəndaş müəyyən məbləğdə pul ödəməlidir.
Həmçinin, günlük, həftəlik, aylıq kartlara da ehtiyac var. İctimai nəqliyyatdan istifadə edən sərnişinlər bu kartlardan yararlana bilərlər. Bu da vəsaitə qənaət edilməsinə şərait yarada bilər.
Deputat söyləyib ki, təkliflərdən biri də həssas qruplar üçün güzəştlərin tətbiq edilməsidir. Bu da həm tələbələr, həm də təqaüdçülər üçün keçərlidir. Əlverişli olardı ki, həmin şəxslər ictimai nəqliyyatdan güzəştli şərtlər ilə istifadə edə bilsinlər. Oxşar güzəştlərin Azərbaycanda da tətbiq edilməsi ilə bağlı təkliflərə hələ ki, rəsmi cavab yoxdur.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












