Tələbəyə qarşı quldurluq edən şəxslər saxlanılıb - Bakıda

Bakıda tələbəyə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Ağcabədi rayon sakini E.Həsənov iyunun 27-də saat 22 radələrində D.Əliyeva küçəsində 2 nəfərin onu bıçaqla hədələyib içərisində 140 manatı, 100 ABŞ dolları və tələbə bileti olan pulqabısını aldıqlarını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onların Bakı şəhər sakini Hüseyn Musayev və Əziz Musayev olduqları məlum olub və digər analoji cinayət əməllərinin də üstü açılıb. Onların iyunun 21-də axşam saatlarında Səbail rayonu ərazisində Bakı şəhər sakini M.Nəsirovun 48 manatını quldurluq yolu ilə almaları da müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












